Vətəndaşın bank kartından 13 min manatdan çox pul oğurlandı

Vətəndaşın bank kartından 13 min manatdan çox pul oğurlandı

Yanvarın 8-də Sumqayıt şəhəri ərazisində bir nəfərin bank hesabından 13.100 manat pulunun oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən şəhər sakini Əsəd Abdullayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə