Cəlilabadda iki maşın toqquşub, xəsarət alan var

Cəlilabadda iki maşın toqquşub, xəsarət alan var

Cəlilabadda yol qəzası baş verib. SİA-nın verdiyi xəbərə görə, hadisə köhnə Ələt-Astara magistralının 127 km-də qeydə alınıb.

"Mercedes" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri, 1999-cu il təvəllüdlü Dilşad Bədəlov xəsarət alıb. Xəsarət aıan şəxs Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəzanın əlverişsiz hava şəraitinə görə baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə