Bakının Yasamal rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
SİA APA-ya istinadən xəbər verir ki, qəza “20 Yanvar” dairəsində qeydə alınıb.
Belə ki, “Toyota Prius” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək, digər eyni markalı avtomobillə toqquşub.
Hadisədə bir nəfər xəsarət alıb.
Yaralı əraziyə cəlb edilmiş təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Qəzaya uğramış minik avtomobilləri deformasiyaya uğrayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB