Rusiyanın ən güclü yeniyetməsi yol qəzasında ölüb

Rusiyanın ən güclü yeniyetməsi yol qəzasında ölüb

Ümumrusiya Çimərlik Oyunlarının mütləq çempionu Sergey Batyaev 16 yaşında Başqırdıstanda avtomobil qəzasında dünyasını dəyişib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xıbəri Respublika Dövlət Yol Müfəttişliyi yayıb.

Qəza M5 “Ural” şosesində baş verib. Batyayev “VAZ-2109” markalı avtomobili idarə edirmiş. Onunla birlikdə avtomobildə 14 yaşlı sərnişin də olub. İdmançının avtomobili qarşıdan gələn zolağa çıxıb və yük maşını ilə toqquşub.

Batyaev və onun yoldaşı xəstəxanaya yerləşdirilib. Ertəsi gün idmançı xəstəxanada dünyasını dəyişib.

“Doqquz”un sərnişininin vəziyyəti barədə məlumat verilmir. Yük maşını sürücüsünün xəsarət almadığı məlum olub.

Xatırladaq ki, 2019-cu ildə Batyaev ölkənin ən güclü yeniyetməsi olmuşdu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə