Lerikdə meşə sahəsində yanğın baş verib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Lerik rayonunun Gürdəsər kəndi yaxınlığında Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 9,8 hektar və Hirkan Milli Parkının ərazisində 0,2 hektar sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.
Nazirliyin yanğından mühafizə bölmələri mürəkkəb relyef şəraitində əsasən əl əməyindən istifadə edərək yanğını söndürüblər.
Ətraf ərazilər yanğından mühafizə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB