Biləsuvarda “Kalaşnikov” avtomatı aşkarlanıb

Biləsuvarda “Kalaşnikov” avtomatı aşkarlanıb

Biləsuvar şəhəri PMK-19 yaşayış massivinin yaxınlığındakı çöl sahəsindən silah tapılması barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan SİA-ya verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "AK-74" markalı avtomat aşkarlanaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə