Respublika Perinatal Mərkəzində baş verən yanğın qısa müddətdə söndürülüb - FHN-FOTOLAR

Respublika Perinatal Mərkəzində baş verən yanğın qısa müddətdə söndürülüb - FHN-FOTOLAR

Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. FHN-dən SİA-ya bildirilib ki, hadisə yerinə cəlb olunmuş nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri həyata keçirilib.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə