Füzuli sakini tapdığı odlu silahı polisə təhvil verib

Füzuli sakini tapdığı odlu silahı polisə təhvil verib

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, keçirilən növbəti tədbir zamanı rayon sakini tapdığı ov silahını polis əməkdaşlarına könüllü olaraq təhvil verib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə