Cəlilabadda yol-nəqliyyat hadisələri baş verib.
SİA APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisələrindən biri rayonunun Gülməmmədli kəndində qeydə alınıb. Avtoqəza nəticəsində 1973-cü il təvəllüdlü Fərhad Hüseynov xəsarət alıb.
Digər hadisə nəticəsində 2002-ci il təvəllüdlü Məhəmməd Amanov xəsarət alıb. M.Amanovun motosikletin aşması nəticəsində xəsarət aldığı bildirilir.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB