Cəlilabadda "Jiquli" "QAZEL"ə çırpılıb, xəsarət alanlar var

Cəlilabadda "Jiquli" "QAZEL"ə çırpılıb, xəsarət alanlar var

Cəlilabad iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, yol nəqliyyat hadisəsi Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Abdullu kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili yol kənarında dayanan “Qazel” markalı yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində iki nəfər Cəlilabad rayon sakini xəsarət alıb. Onlardan biri - 1997-ci il təvəllüdlü Fərid Qərib oğlu Musayev ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə