Ağdaşda yol qəzası olub

Ağdaş rayonunun Əmirarx kəndi ərazisində Əkbər Süleymanovun idarə etdiyi "Mercedes Atego" markalı yük avtomobili qarşısında hərəkətdə olan "KamAZ"a çırpılıb. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan SİA-ya bildirilib ki, hadisə nəticəsində "Mercedes"də sərnişin qismində olan Bakı şəhər sakini,1976-cı il təvəllüdlü Elşən Qocayev aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə