Avtomobil qəzası nəticəsində Xaçmaz şəhəri işıqsız qalıb

Avtomobil qəzası nəticəsində Xaçmaz şəhəri işıqsız qalıb

Yanvarın 4-ü axşam saatlarında Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, H.Z.Tağıyev küçəsində "Ford" markalı yük avtomobili işıqforda idarəetməni itirərək kommunikasiya dirəklərinə çırpılıb. Nəticə xəsarət alan olmasa da, Xaçmaz şəhərinin böyuk bir hissəsi işıqsız və internetsiz qalıb.

Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq qurumlar tərəfindən iş aparılır.

Faktla bağlı araşdırmaya başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə