Bakıda mənzildən 14 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb

Bakıda mənzildən 14 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb

Bakının Xətai rayonu ərazisində mənzillərin birindən 14000 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Şəadət Həsənov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə