ABŞ-da imama silahlı hücum edilib

ABŞ-da imama silahlı hücum edilib

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyuark şəhərindəki Məhəmməd məscidinin imamı səhər saatlarında məscidin qarşısında naməlum şəxs tərəfindən silahla hücuma məruz qalıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılan imamın səhhətinin ağır olduğu bildirilir.

Hadisədən sonra təcavüzkarın tutulması üçün genişmiqyaslı araşdırma başladılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə