FHN “Grand Həyat”dakı yanğınla bağlı açıqlama verib

FHN “Grand Həyat”dakı yanğınla bağlı açıqlama verib

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Grand Həyat” yaşayış kompleksində baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb. SİA xəbər verir ki, FHN-dən verilən məlumata görə, çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində ümumi sahəsi 120 kvadratmetr olan dördotaqlı mənzilin bir otağında bir ədəd televizor, bir ədəd kondisioner, bir ədəd divan və divar kağızı 6 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan otaqda olan əşyalar qarsalanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə