Bakıda avtomobillərə zərər vuran və qaçıran yeniyetmələr saxlanılıb
Yanvarın 1-də saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yerləşən avtomobillərin təmiri sexindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onların təmiri sexində olan “Mercedes” və “Toyota” markalı avtomobilləri əzmələri və şüşələrini sındırmaları, habelə “Hyundai” markalı avtomobilin şüşəsini sındıraraq qeydiyyat nişanlarını oğurlamaları da müəyyən olunub.
Qeyd olunan faktlar üzrə araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB