Şirvanda avtomobilin vurduğu piyada ölüb

Şirvanda avtomobilin vurduğu piyada ölüb

Şirvanda yol nəqliyyat hadisəsi baş verib, qəza zamanı ağır xəsarət alan piyada ölüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Yolu keçən piyadanı avtomobil vuraraq hadisə yerindən uzaqlaşıb.

Piyada aldığı ağır xəsarətlərdən Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən ölüb. Hazırda ölən piyadanın şəxsiyyəti dəqiqləşdirilir və hadisəni törədən şəxsin axtarışları aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə