Xəzər dənizində zəlzələ olub

Yanvarın 2-də Qusar stansiyasından 63 kilometr şimal-şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildiriblər ki, yerli vaxtla saat 23:03-də qeydə alınan zəlzələnin maqnitudası 3.3-ə bərabər olub.

Zəlzələnin ocağı 11 kilometr dərinlikdə yerləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə