Tovuzda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub

Tovuzda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub

Daha bir piyada diqqətsizliyi ağır qəzaya səbəb olub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Azərbaycan Dəmir Yollarından (ADY) bildirilib ki, bu gün saat 20:55 radələrində ADY-yə məxsus teplovoz Tovuz stansiyasında hərəkətdə olarkən bir nəfər naməlum şəxs dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.

Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə