FHN dalğıcları su kanalında batması ehtimal olunan uşağın axtarışlarını davam etdirir

FHN dalğıcları su kanalında batması ehtimal olunan uşağın axtarışlarını davam etdirir

Boztəpə kanalının İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində 26 dekabr 2023-cü il tarixdə batdığı ehtimal olunan azyaşlının Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən axtarışları aparılır. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müvafiq qurum tərəfindən kanalda suyun səviyyəsi aşağı salınmaqla hazırda FHN-in dalğıc-xilasediciləri kanalda batması ehtimal edilən 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarış-xilasetmə əməliyyatını davam etdirirlər.

https://youtu.be/xr1-VqalI7c

Bütün xəbərlər Facebook səhifəmizdə