Fövqəladə Hallar Nazirliyinə Siyəzən şəhəri, Ərzuman Cabbarov küçəsində yerləşən və vətəndaş Aidə Əsədovaya məxsus evin dam örtüyünün güclü külək nəticəsində yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub. FHN-dən SİA-ya verilən xəbərə görə, bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən ailə üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB