Göyçayda 6 otaqlı ev yanaraq kül olub

Göyçayda 6 otaqlı ev yanaraq kül olub

Göyçay rayonunda yanğın hadisəsi baş verib. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb.

Belə ki, Çaxırlı kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə