4 gün əvvəl avtomobililə vurulan 70 yaşlı kişi ölüb

4 gün əvvəl avtomobililə vurulan 70 yaşlı kişi ölüb

Sumqayıtda 4 gün əvvəl avtomobilin vurduğu kişi ölüb. SİA xəbər verir ki, hadisə 29 dekabrda Corat qəsəbəsində baş verib.

“Kia Rio” markalı avtomobil 1953-cü il təvəllüdlü Hacıalı Məcid oğlu Hacıyevi yolu keçmək istəyərkən vurub. Ağır xəsarətlər alan piyada xəstəxanaya yerləşdirilsə də, bu gün səhər saatlarında ölüb.

Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə