Sabirabadda yol qəzası olub - xəsarət alanlar var

Sabirabadda yol qəzası olub - xəsarət alanlar var

Sabirabadda yol qəzasında xəsarət alanlar var. SİA-nın Aran bürosunun məlumatına görə, hadisə Qaragüney kəndində qeydə alınıb.

“Belə ki, “Mersedes” markalı avtomobil hərəkətdə olan digər avtomobillə toqquşub.

Qəza nəticəsində rayonun Nizamikənd kənd sakinləri - 1992-ci il təvəllüdlü Fətizadə Elşad Elman oğlu və 2001-ci il təvəllüdlü Həsənov Məhərrəm Ədalət oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparlır.

Bütün xəbərlər Facebook səhifəmizdə