Xətai rayonunda çoxmərtəbəli binada baş vermiş yanğın söndürülüb - YENİLƏNİB-FOTO

Xətai rayonunda çoxmərtəbəli binada baş vermiş yanğın söndürülüb - YENİLƏNİB-FOTO

Paytaxtın Xətai rayonunda - İlqar Zülfüqarov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

FHN-in 112 - qaynar telefon xəttinə yanğın barədə məlumat daxil olan kimi əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

İyirmimərtəbəli binanın 18-ci mərtəbəsində baş vermiş yanğının genişlənməsinə yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində imkan verilməyib. Yanğın qısa müddətdə söndürülüb.

Sakinlər təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən təxliyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə