Xocavənd rayonunda yük avtomobili aşıb, sürücü ölüb

Xocavənd rayonunda yük avtomobili aşıb, sürücü ölüb

Xocavənd rayonunda yük avtomobili aşıb, sürücü ölüb.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Böyük Tağlar kəndində qeydə alınıb.

Abşeron rayon sakini Həsənov 1979-cu il təvəllüdlü Adil Qardaşxan oğlu idarə etdiyi "Hova" markalı 99-XU-742 nömrə nişanlı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə yük avtomobili aşıb. Sürücü A. Həsənov hadisə yerində ölüb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə