İsmayıllıda pirotexniki vasitələr satan şəxslər cərimələnib - FOTOLAR

İsmayıllıda pirotexniki vasitələr satan şəxslər cərimələnib - FOTOLAR

İsmayıllıda pirotexniki vasitələr satan şəxslər cərimələnib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan SİA-ya verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının İsmayıllı şəhəri ərazisində keçirdikləri tədbir zamanı yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışını təşkil edən 3 nəfər müəyyən edilib.

Onlardan ümumilikdə 11860 ədəd müxtəlif növ pirotexniki vasitə götürülüb.

Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub

Bütün xəbərlər Facebook səhifəmizdə