Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə şəhərin Babək küçəsində qeydə alınıb.
Sumqayıt şəhər sakinləri, 1966-cı il təvəllüdlü Camalov Knyaz Nuhu oğlunun idarə etdiyi "Opel" markalı avtomobillə, 1997-ci il təvəllüdlü Bağırov Allahverdi İlham oğlunun idarə etdiyi moped toqquşub.
Qəza nəticəsində mopedin sürücü ağır xəsarətlər alıb. Sürücü dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB