Xəzər dənizində zəlzələ olub

Dekabrın 28-də Nardaran stansiyasından 20 kilometr şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.

SİA-nın əldə etdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildiriblər ki, yerli vaxtla saat 19:28-də qeydə alınan zəlzələnin maqnitudası 3.1-ə bərabər olub.

Zəlzələnin ocağı 16 kilometr dərinlikdə yerləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə