Bərdədə yol qəzası olub, xəsarət alan var - FOTOLAR

Bərdədə yol qəzası olub, xəsarət alan var - FOTOLAR

Bərdədə yol qəzası baş verib. SİA xəbər verir ki, hadisə rayonun Nəcəfqulubəyli kəndində qeydə alınıb.

Bərdənin Qaratəpə kənd sakini, 2005-ci il təvəllüdlü Məmmədov Samir Fazil oğlunun idarə etdiyi "VAZ-21011" markalı minik avtomobili hərəkətdə olan zaman yoldan çıxaraq aşıb. Sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə