Bakıda soyğunçuluq yolu ilə telefon talayan şəxs saxlanıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dekabrın 24-də Yasamal rayonu ərazisində bir nəfərin mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə 26-cı Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş İsmayıl Qəhrəmanov müəyyən edilərək saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB