Naxçıvanda ər və arvad dəm qazından zəhərlənib

Naxçıvanda ər və arvad dəm qazından zəhərlənib

Naxçıvanda ər və arvad dəm qazından zəhərlənib. SİA xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Belə ki, Naxçıvan şəhər sakinləri, 1990-cı il təvəllüdlü Məmmədzadə Nəsimi Xətai oğlu və 1995-ci il təvəllüdlü Məmmədzadə Səma Rafiq qızı dəm qazından zəhərləniblər. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasının acil şöbəsinə yerləşdiriliblər, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə