Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakı şəhəri Nizami rayonunda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Rzayev Pərviz Mirzəli oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada İbrahimov Faiq Oruc oğlunu vurub. Nəticədə piyada müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə