Moskvada metroda polisə hücum edən əcnəbi saxlanılıb

Moskvada metroda polisə hücum edən əcnəbi saxlanılıb

Moskvada metronun Salaryevo stansiyasında polisə hücum edən Özbəkistan vətəndaşı saxlanılıb. SİA xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin paytaxt qərargahının Telegram-kanalında məlumat verilib.

İstintaq Komitəsi bildirib ki, Özbəkistan vətəndaşı inzibati məsuliyyətdən yaxa qurtarmaq üçün metrostansiyanın foyesində polis otağından qaçmaq qərarına gəlib. Qaçış zamanı həmin şəxs ona mane olmaq istəyən polis əməkdaşını vurub.

Müstəntiqlər əcnəbiyə qarşı cinayət işi açıblar. Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 318-ci maddəsi (hökumət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmək), habelə narkotik maddə saxlamaq üçün...

Həmin şəxs saxlanılıb və yaxın vaxtlarda istintaq məhkəməyə hücum edənin həbs olunmasını xahiş edəcək.

Yeri gəlmişkən, dekabrın 25-də Moskva metrosunun vaqonlarından birində 36 yaşlı kişinin 19 yaşlı gənci döydüyü bildirilib. Təcavüzkar sərnişinə qarşı cinayət işi açılıb. Vəziyyət prokurorluğun nəzarətindədir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə