Şəkidə yük avtomobili 88 yaşlı kişini vuraraq öldürüb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan SİA-ya bildirilib ki, dekabrın 25-i saat 12 radələrində Şəki şəhəri ərazisində sürücü İlqar Əliyev idarə etdiyi “JAC” markalı yük avtomobili ilə piyada, 1935-ci il təvəllüdlü Mərdanov Paşa Hümmət oğlunu vurub.
Xəstəxanaya yerləşdirilən piyadaya tibbi yardımlar göstərilməsinə baxmayaraq vəfat edib.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB