Sumqayıt-Bakı qatarında gecikmə qeydə alınıb

Sumqayıt-Bakı qatarında gecikmə qeydə alınıb

Bu gün saat 07:35-də Sumqayıtdan Bakıya hərəkət etməli olan sürətli sərnişin qatarı 17 dəqiqə gec - saat 07:52-də yola düşüb. Bu barədə SİA-ya sərnişinlər məlumat verib.

Bundan başqa, onların sözlərinə görə, saat 07:45-də yola düşməli olan Sumqayıt-Bakı ekspress qatarı saat 08:01-də yola çıxıb.

Gecikmənin səbəbi hələ ki, məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə