36 yaşlı qadın yol qəzasında yaralanıb

36 yaşlı qadın yol qəzasında yaralanıb

Bakının Xətai rayonunda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. SİA xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Həsənova Təhminə Bəxtiyar qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə