Rostov yaxınlığında 4 nəfərin həyatına son qoyan qəza kameralara düşüb
Rostov-Volqodonsk magistralında 4 nəfərin ölümü ilə nəticələnən avtomobillərin qarşı-qarşıya toqquşması arxadan gələn avtomobilin DVR kamerasına düşüb.
SİA-nın əldə etdiyi məlumata görə, səs yazısı “Rostov News-Rostovnews61” Telegram kanalında yerləşdirilib.
Kadrlarda sürətlə hərəkət edən “Hyundai Solaris”-in hərəkət zolağında qalaraq bir az yırğalanmağa başladığı görünür. Bir neçə saniyə ərzində amplituda artır, bundan sonra sürücü idarəetməni itirir və avtomobil qarşıdan gələn zolağa sürüklənir və orada “Kia Cerato”-ya çırpılır.
Zərbənin təsirindən “Hyundai” yüngülcə havaya uçaraq yan üstə çevrilir, sonra isə yol kənarına düşür.
Xatırladaq ki, toqquşma nəticəsində hər iki sürücü, eləcə də hər bir avtomobildə olan bir sərnişin dünyasını dəyişiblər. “Kia”-da olan sərnişin də xəsarət alıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB