Moskvada elit “Headliner” yaşayış kompleksində əxlaqsız qadını bıçaqlayaraq öldürən şəxs daha əvvəl başqa bir gənc qadını da öldürüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri REN TV Moskva İstintaq Komitəsinə istinadən yazır.
Mətbuat xidməti qeyd edib ki, dindirilmə zamanı həmin şəxs müstəntiqlərə daha bir qətli törətdiyini etiraf edib. Hüquq-mühafizə orqanları onun sözlərini yoxlayıb və qızın cəsədini Moskvanın şərqindəki otel otağında tapıblar.
Hazırda müstəntiqlər mərhumun şəxsiyyətini müəyyənləşdirirlər. Deyilənlərə görə, öldürülən qız təxminən 25-30 yaşlarındadır.
Paytaxt prokurorluğu aydınlaşdırıb ki, yaxın vaxtlarda həmin şəxsə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə ittiham irəli sürüləcək və barəsində həbs-qətimkan tədbiri seçiləcək.
Portalın məlumatına görə, qatil 2010-cu ildə Sankt-Peterburqda iki fahişəni bıçaqladıqdan sonra bu yaxınlarda psixiatrik xəstəxanadan buraxılıb.
Qeyd edək ki, bundan əvvəl bildirilmişdi ki, təhlükəsizlik qüvvələri Moskvada Mukomolnıy proezddəki mənzillərin birində 25 yaşlı qızın meyitini aşkar ediblər.
Yenə də deyilənlərə görə, ölümündən əvvəl o, dostu ilə əlaqə saxlaya bilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB