Tovuz stadionunda işıq dirəyi aşıb, “Turan Tovuz”un oyunu dayandırılıb

Tovuz stadionunda işıq dirəyi aşıb, “Turan Tovuz”un oyunu dayandırılıb

Azərbaycan Premyer Liqasının XVIII turunda keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun gedişində işıq dirəklərindən biri aşıb. SİA-nın məlumatına görə, hadisə qarşılaşmanın 82-ci dəqiqəsində baş verib.

Meydan sahibləri hesabda 2:1 öndə olarkən güclü küləyin təsirindən işıq dirəyi qırılıb və nəticədə qarşılaşma yarımçıq dayandırılıb. Hakimlər və komandalar meydançanı tərk ediblər.

Görüşün təxirə salınması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə