Xətai rayonu ərazisində yerləşən avtoservislərin birindən avtobus mühərrikinin gövdəsinin oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən paytaxt sakinləri Firdovsi Əliyev və Seymur Xəlilov saxlanılıblar. S.Xəlilovdan heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB