Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib

Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, avtomobil dayanacaqda avtobus gözləyən 1996-cı il təvəllüdlü İmanova Suğra Nazim qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə