Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbəsi N.Abbasov küçəsində yerləşən yarımtikilidə silah-sursat aşkar edilib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, baxış zamanı oradan 1 ədəd “Toz 8” markalı ov tüfəngi və 2 ədəd "G-303 CSS” markalı tüstülü əl qumbarası aşkar edilib. Qeyd edilən silah və qumbaralar təhlükəsizlik tədbirləri görülməklə ərazidən götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB