Dekabrın 10-da və 19-da Bakı şəhər sakini olan bir nəfərin bank kartlarından hesablarındakı 20.000 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini 2003-cü il təvəllüdlü R.Xankişiyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB