Mingəçevirdə avtomobil iki piyadanı vurub, biri ölüb

Mingəçevirdə avtomobil iki piyadanı vurub, biri ölüb

Mingəçevirdə avtomobil iki piyadanı vurub.

SİA APA-ya istinadən xəbər verir ki, DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, dekabrın 20-si saat 19 radələrində Mingəçevir şəhəri ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı iki piyadanı vurub.Hadisə nəticəsində piyadalardan biri-2005-ci il təvəllüdlü Hüseynova Nazlı Rövşən qızı aldığı xəsarətlərdən vəfat edib, digər piyada Sadıqzadə İmamrza Çingiz oğlu isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə