Auditorlar Palatasında daxili araşdırma nəticəsində 2018-2023-cü illər ərzində Maliyyə və texniki təminat idarəsinin əməkdaşları tərəfindən külli miqdarda vəsaitin mənimsənilməsi faktı aşkar edilib. Bu barədə SİA-ya Auditorlar Palatasından xəbər verilib.
“Bunu nəzərə alaraq, palata rəhbərliyi tərəfindən cari ilin iyulun 10-da hüquq-mühafizə orqanlarına müraciət olunub, onun araşdırılması, günahkarların məsuliyyətə cəlb edilməsi və mənimsənilmiş vəsaitin Auditorlar Palatasının hesabına qaytarılması xahiş edilib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən istintaq tamamlanıb. Cinayət işi müvafiq məhkəmədə baxılmaq üçün təqdim ediləcək. Məhkəmə araşdırmasının nəticəsi və qəbul ediləcək məhkəmə qərarı barədə məlumat əlavə olaraq Auditorlar Palatasının rəsmi internet saytı vasitəsilə ictımaiyyətin nəzərinə çatdırılacaq”, - deyə məlumatda bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB