Krasnodar diyarında məhkəmə ölümlə nəticələnən qəzaya səbəb olan yol polis müfəttişini həbs edib. O, növbəti iki ayı istintaq təcridxanasında keçirəcək.
SİA-nın əldə etdiyi məlumata görə, faciə bir neçə gün əvvəl baş verib.
Belə ki, yol polis əməkdaşı sərxoş halda sükan arxasına keçərək yoldan keçən “Jiquli”ni vurub. Nəticədə avtomobilin 21 yaşlı yerli sürücüsü dünyasını dəyişib.
Xilasedicilər onun cəsədini sıxılmış maşından güclə çıxarmalı olublar.
Qəzanın günahkarı, amma deyəsən, nə etdiyini belə başa düşməyib və gəncin dərdli atası ilə az qala dalaşacaqmış. Polisə qarşı cinayət işi açılıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB