Şirvanda avtomobil məktəblini vurub

Şirvanda avtomobil məktəblini vurub

Şirvanda yol nəqliyyat hadisəsi baş verib. Məktəbli piyadanı avtomobil vurub.

SİA-nın əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, yol-nəqliyyat hadisəsi bu gün saat 17 radələrində Şirvan şəhər ərazisində baş verib. Roman Mehdiyev idarə etdiyi “VAZ-2107” markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman məktəbli Adilə Əliyevanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan məktəbli xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti stabildir.

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə