İmişlidə fərdi yaşayış evi yanıb

İmişlidə fərdi yaşayış evi yanıb

İmişlidə fərdi yaşayış evində yanğın hadisəsi qeydə alınıb. Yanğın zamanı xəsarət alan olmasa da ev yararsız hala düşüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə bu gün saat 17 radələrində İmişli şəhəri Cavid Dədəkişiyev küçəsində yerləşən evdə qeydə alınıb. Fərdi yaşayış evində başlayan alov anidən güclənib. Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib, alov söndürülüb ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində evin bir hissəsində yanar konstruksiya və bir çox ev əşyaları yanıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə