Oğuzda 58 yaşlı kişi evdə ölü tapılıb

Oğuzda 58 yaşlı kişi evdə ölü tapılıb

Oğuz rayonunda 58 yaşlı kişi evdə ölü tapılıb. SİA-nın məlumatına görə, rayonun Qumlaq kəndində kənd sakini 1965-ci il təvəllüdlü Eyvaz Mirzə oğlu Qocayevin yaşadığı evdə meyiti aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Məlumata görə, 58 yaşlı E.Qocayev spirtli içkiyə meyilli olub və evdə tək yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə